Əmlak və Torpaq vergisi

Bu həyatda bir ölümdən və birdə vergidən qaçmaq mümkün deyil. B.Franklin

Əmlak və Torpaq vergisi

Postby muhasib 22 Aug 2013, 09:22

Saytımıza daxil olan suallardan biri

salam.həyət evimiz var.evlə bərabər 3 sotdur.evimiz 81 kvadratdır.bələdiyyənin vergilərə baxan işçiləri evə 20000 manat dəyərlə qiymətləndirib bizdən torpağa 1.50 azn,evə 15.00 azn illik vergi istədilər.bu doğru rüsumdurmu?
muhasib
Administrator
 
Posts: 11
Joined: 13 Apr 2013, 07:17

Re: Əmlak və Torpaq vergisi

Postby Elnur 22 Aug 2013, 10:18

muhasib wrote:Saytımıza daxil olan suallardan biri

salam.həyət evimiz var.evlə bərabər 3 sotdur.evimiz 81 kvadratdır.bələdiyyənin vergilərə baxan işçiləri evə 20000 manat dəyərlə qiymətləndirib bizdən torpağa 1.50 azn,evə 15.00 azn illik vergi istədilər.bu doğru rüsumdurmu?


Əmlak vergisi
AR Vergi Məcəlləsinin 200 maddəsinə "Fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası" na əsasən

200.1. Binalar üzrə əmlak vergisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada binaların inventar dəyərinə əsasən hesablanılır.
Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.


Beləliklə, sizə məxsus binanın əmlak vergisini bələdiyyə hesablayır, amma onu da bilməlisiniz ki:

Əmlak vergisinin hesablanması məqsədilə fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyəri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyun 1999-cu il tarixli 110 saylı qərarı ilə (sonrakı əlavə və dəyişikliklər nəzərə alınmaqla) təsdiq edilmiş "Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyərinin hesablanması Qaydası" ilə müəyyən edilir.

http://www.muhasib-az.narod2.ru/qanun/q ... aydasi.doc

Hesablama isə belədir AR Vergi Məcəlləsi Maddə 198.1

198.1. Fiziki şəxslər əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər:
198.1.1. onların xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən:
• bu dəyər 5000 manatadək olduqda vergi tutulmur, 5000 manatdan çox olan məbləğdən isə — 0,1 faizlə.


Beləliklə, əmlakınızın inventarlaşdırılmış dəyəri 20 000 AZN-dirsə, ondan çıxırıq 5 000 AZN, və vururuq 0.1%
(20 000-5 000)*0.1%= 15 AZN


Torpaq vergisi
AR Vergi məcəlləsinin 206.3 maddəsinə əsasən

Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə torpaq sahəsinin hər 100 kvadrat metrinə görə Bakıda illik 0.60 AZN təşkil edir.
Beləliklə, 3 sot torpaq üçün olacaq:

3*0.60 AZN = 1.80 AZN. - Bakıda
3*0.50 AZN= 1.50 AZN - Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu

Torpaq və Əmlak vergisini ödədikdə ödəinişin gəbulunu təsdiq edən qəbzi almağı unutmaq lazım deyil.
Elnur

 
Posts: 23
Joined: 13 Apr 2013, 11:05


Return to Vergilər


Who is online

Users browsing this forum: No registered users and 1 guest

cron